Şənbə günü hava yağıntılı olacaq

alfonsonri
Oxunma vaxtı:39 Saniyə

Martın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə çiskin, günün birinci yarısında duman olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Loading

Next Post

Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı

Ötən gün bəzi xəbər saytlarında “Bina əyildi – sakinlər təhlükədə” başlıqlı material dərc edilib. 7NEWS.az saytının əməkdaşı hadisə yerinə yollanıb. İlk növbədə “Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş “Kristal Abşeron”un əməkdaşları ilə binaya baxış keçirilib. Məlum olub ki, yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq – […]