Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Ötən gün bəzi xəbər saytlarında “Bina əyildi – sakinlər təhlükədə” başlıqlı material dərc edilib.

7NEWS.az saytının əməkdaşı hadisə yerinə yollanıb.

İlk növbədə “Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş “Kristal Abşeron”un əməkdaşları ilə binaya baxış keçirilib.

Məlum olub ki, yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq – antiseysmik tikişin üzərində olan dəmir listlərin dəyişdirilməsi işi öz əksini tapıb. Bu isə binanın dayanıqlılığına hər hansı bir təsir göstərmir.

Bina Fövqəladə Hallar Nazirliyinin aidiyyətı qurumlarının nümayəndələri tərəfindən də yoxlanılıb. Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və heç bir dəyişiklik yoxdur. Eyni zamanda memarlığında da hər hansı bir dəyişiklik yoxdur.

Bildirilib ki, bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir.

7NEWS.az

Loading

Next Post

Nazirliyin keçmiş əməkdaşı həbsdə intihara cəhd etdi

Həbsdə olan sabiq nazirlik əməkdaşı intihara cəhd edib. Xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək tutulan Tural Alışanlı həbsinə etiraz olaraq boğazını kəsib. Belə ki, o, bu gün bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi […]