XİN-in mətbuat xidmətinin rəhbərindən Ağdaban soyqırımı ilə bağlı PAYLAŞIM

alfonsonri
Oxunma vaxtı:38 Saniyə

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ağdaban soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib.

O bu barədə tviter səhifəsində yazıb.

“Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban qətliamından 31 il ötür. 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, 779 dinc sakin işgəncələrə məruz qalıb. 39 nəfər (8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb) xüsusi amansızlıqla qətlə yetirilib”, – paylaşımda deyilir.

Xatırladaq ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Loading

Next Post

AzTV əməkdaşları İran səfirliyinin qarşısında hücuma məruz qaldılar - VİDEO

AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıblar. QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən e-huquq.az-a verilən məlumata görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib. Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi […]