Qubada polis “Prado” ilə piyadanı vurub ÖLDÜRDÜ

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Qubada polis əməkdaşının avtomobillə vurduğu 82 yaşlı kişi 5 gün sonra ölüb.

Hadisə Alekseyevka kəndi ərazisində baş verib.

1992-ci il təvəllüdlü, əvvəllər Quba RPŞ-nin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləmiş Heydərov Firuz Abdulla oğlu martın 15-də idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə 1941-ci il təvəllüdlü Babəliyev Hacıağa Mərdəli oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Apa

Loading

Next Post

Mehriban Əliyevanın köməkçisi "France 24"ə müsahibə verdi

Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Elçin Əmirbəyov Fransanın “France 24” telekanalına müsahibə verib. Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Twitter” hesabında paylaşım edib. Elçin Əmirbəyov müsahibəsində bildirib ki, Azərbaycan Ermənistana beynəlxalq hüquq normalarına uyğun sülh müqaviləsi təklif edib: “Əlbəttə ki, sülh müqaviləsi hazırlanarkən hər iki tərəfin suverenliyi, beynəlxalq […]