Mehriban Əliyevanın köməkçisi “France 24″ə müsahibə verdi

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Elçin Əmirbəyov Fransanın “France 24” telekanalına müsahibə verib.

Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Twitter” hesabında paylaşım edib.

Elçin Əmirbəyov müsahibəsində bildirib ki, Azərbaycan Ermənistana beynəlxalq hüquq normalarına uyğun sülh müqaviləsi təklif edib: “Əlbəttə ki, sülh müqaviləsi hazırlanarkən hər iki tərəfin suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü nəzərə alınıb”.

Vitse-prezidentin köməkçisi, həmçinin Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanmadığını da qeyd edib. O, Ermənistanın imzaladığı sənədlərin əleyhinə hərəkət etdiyini, Laçın dəhlizi ilə Qarabağa yeni silahlar, minalar və hərbçilər gətirdiyini açıqlayıb.

Loading

Next Post

Rayonlarda yağış yağacaq

Bayram günlərində rayonlarda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Qəbələ rayonunda bəzi yerlərdə az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın […]