Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub – Prezident

Oxunma vaxtı:35 Saniyə

Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub, yağıntının miqdarı əhəmiyyətli dərəcədə azalıb.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın məqsədi dünya ölkələri arasında iqlim dəyişmələri mövzusunda həmrəyliyin və birgə fəaliyyətin gücləndirilməsidir. Bütün dünya ölkələri, o cümlədən Azərbaycan iqlim dəyişmələrinin mənfi təsirlərinə və fəsadlarına məruz qalıb. Belə ki, artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub, yağıntının miqdarı əhəmiyyətli dərəcədə azalıb. Bu il yağıntının miqdarının artması prosesi baş versə də, bütövlükdə Azərbaycan bundan əziyyət çəkir.

Azərbaycan Prezidenti vurğulayıb ki, Xəzər dənizinin suyunun çəkilməsi prosesi müşahidə olunur və bu da ciddi narahatlıq doğuran məqamdır.

Loading

Next Post

İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

İrəvanda hökumət binası qarşısında ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir. Aksiya Vaaqn Çaxalyanın rəhbərlik etdiyi “Kamk” hərəkatı tərəfindən təşkil edilib.  Aksiya iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə qarşıdırlar. Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət […]