İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

Oxunma vaxtı:25 Saniyə

İrəvanda hökumət binası qarşısında ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

Aksiya Vaaqn Çaxalyanın rəhbərlik etdiyi “Kamk” hərəkatı tərəfindən təşkil edilib. 

Aksiya iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə qarşıdırlar.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Loading

Next Post

Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam

Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2,0 […]