Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Oxunma vaxtı:30 Saniyə

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Əlahəzrət,

Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın rifahı naminə dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Loading

Next Post

Ermənistan ordusu sərhəddən geri çəkilir?

Ermənistan ordusunun Azərbaycanla sərhədin bəzi hissələrində yerləşən mövqelərdən geri çəkilməsi barədə xəbərlər yayılıb. Bu barədə xəbərlər Ermənistanın müxtəlif media orqanlarında, ermənilərə məxsus teleqram kanallarında paylaşılıb. Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin qüvvələri Qarakilsə (Sisian) istiqamətində bəzi yerlərdən geri çəkilib. Həmçinin Arazdəyən (Yerarsx) istiqamətində də geri çəkilmənin olduğu deyilir. Ermənistan Müdafiə Nazirliyi […]