“İctimai iştirakçılıq haqqında” qanununa dəyişiklik təsdiqləndi

alfonsonri
Oxunma vaxtı:41 Saniyə

Prezident İlham Əliyev “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanunda deyilir:

  1. 1.0.4-cü maddədə “müvafiq məsələlər barəsində” sözləri “, habelə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin, həmin maddəyə “hazırlanması” sözündən sonra “(öyrənilməsi)” sözü əlavə edilsin.
  2. 1.0.8-ci maddəyə “layihələrinə” sözündən sonra “və ya mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərə” sözləri əlavə edilsin, həmin maddədə “mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları” sözləri “həmin orqanlar” sözləri ilə əvəz edilsin.
  3. 7.1.5-ci maddəyə “ictimai” sözündən sonra “və yerli” sözləri əlavə edilsin.
  4. 16.1-ci və 17.1-ci maddələrə “layihələri” sözündən sonra “və ya müzakirə olunan ictimai və yerli əhəmiyyətli məsələlər” sözləri əlavə edilsin.

Loading

Next Post

"Qaraiman yaşayış məntəqəsinin atəşə tutulması həqiqətə uyğun deyil" - MN

İyunun 9-u saat 22:50-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəfin yaydığı bu […]