İlham Əliyev Vladimir Putinlə Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə edib

alfonsonri
Oxunma vaxtı:19 Saniyə

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib.

Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Loading

Next Post

<strong>Kissincer: “Səudiyyə Ərəbistanı ilə İranın razılaşması Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə dəyişdirir”</strong>

“Səudiyyə Ərəbistanı və İranın Çinin vasitəçiliyi əldə etdikləri razılaşmalar Yaxın Şərqdəki strateji vəziyyəti ciddi şəkildə dəyişdirir”. Bu fikri ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer səsləndirib. 99 yaşlı Kissincer Çinin son illərdə dünya nizamının yaradılmasında iştirakına toxunaraq qeyd edib ki, rəsmi Pekin Səudiyyə Ərəbistanı və İran razılaşmalarındakı rolu ilə bu istiqamətdə mühüm addım […]