Həcc ziyarətində istidən ölənlərin sayı 900-ü ötdü

Oxunma vaxtı:27 Saniyə

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən ölənlərin sayı 900-ü ötüb.

Bu barədə məlumatı ərəb diplomata istinadən “France-Presse” agentliyi yayıb. 

Məlumata görə, builki Həcc ziyarəti zamanı 922 nəfərin istidən həlak olduğu bildirilir. 

Ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır. 

Bununla belə, Səudiyyə Ərəbistanı ölkədə istidən həlak olan zəvvarlar barədə məlumat yaymayıb. 

Xatırladaq ki, bazar ertəsi Məkkədə havanın temperaturu 51 dərəcəyə çatıb. Daha əvvəl isə Həcc ziyarəti zamanı istidən 550 nəfərin öldüyü açıqlanmışdı.

Loading

Next Post

Məşhur ailənin evindən növbəti oğurluq

Azərbaycanda məşhur Kəngərlilər nəslinə məxsus evlərdən birindən yenidən oğurluq hadisəsi olub. Altı il əvvəl 1 milyon 200 min manatlıq oğurluğa məruz qaldığını deyən ailənin, bu dəfə 20 minə yaxın pulu oğurlanıb. Yenixeber.org xəbər verir ki, oğurluq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva – […]