Ermənilər Kəlbəcər, Daşkəsən, Xocalı və Xocavəndi ATƏŞƏ TUTDU

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Martın 15-i saat saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Loading

Next Post

İlham Əliyev Türkiyəyə səfər edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.  Ölkə başçısı Türk Dövlətləri Təşkilatının mart ayının 16-da Ankarada keçiriləcək fövqəladə sammitində iştirak edəcək. Sammitdə iştirak etməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi dəvət edib.  Qeyd edək ki, sammit Azərbaycanın təklifi ilə təşkil olunub və proqramın sonunda dövlət başçıları “Ankara […]