İlham Əliyev Türkiyəyə səfər edəcək

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. 

Ölkə başçısı Türk Dövlətləri Təşkilatının mart ayının 16-da Ankarada keçiriləcək fövqəladə sammitində iştirak edəcək.

Sammitdə iştirak etməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi dəvət edib. 

Qeyd edək ki, sammit Azərbaycanın təklifi ilə təşkil olunub və proqramın sonunda dövlət başçıları “Ankara Bəyannaməsi”ni imzalayacaqlar.

TDT-də fövqəladə halların idarə edilməsi, humanitar yardım və təbii fəlakətlər zamanı əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq. 

Loading

Next Post

İmran Xanın tərəfdarları ilə polis arasında toqquşma oldu

Pakistanda keçmiş baş nazir İmran Xanın tərəfdarları ilə polis arasında toqquşma olub. Xanın tərəfdarları keçmiş Baş nazirin iqamətgahının qarşısında polisə müqavimət göstəriblər. Bununla da, polis növbəti dəfə  İmran Xanın həbsinə nail ola bilməyib.  Lahorda baş verən qarşıdurmalarda indiyədək 33 polis əməkdaşı yaralanıb, çoxlu nümayişçi saxlanılıb.