Ərdoğanın sözçüsü ABŞ-da Azərbaycan-Ermənistan məsələsini də müzakirə etdi

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşüb.

Dogrusoztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş ABŞ-nin paytaxtı Vaşinqtonda baş tutub.

Danışıqlar zamanı ikitərəfli əlaqələr müzakirə olunub və bir sıra qlobal məsələlərə toxunulub.

Rəsmilər Türkiyədə baş verən zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan normallaşma prosesi, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya-Ukrayna müharibəsi ətrafında fikir mübadiləsi aparıblar.

Loading

Next Post

İranda Novruz çərşənbələrində 19 nəfər ölüb

İranda Novruz çərşənbələri zamanı 2834 nəfər xəsarət alıb, daha 19 nəfər həlak olub. Dogrusoztv.az İran mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb. Məlumata görə, ən çox yaralı sayı isə Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində qeydə alınıb.Bununla yanaşı, ümumilikdə çərşənbələr zamanı İranın 29 […]