Prezident İlham Əliyev: “Azərbaycan-Bolqarıstan strateji əməkdaşlığının əməli nəticələrini görürük”

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

“Sizi (Bolqarıstan Prezidenti Rumen Radev – red.) Bakıda görmək çox xoşdur. Ümid edirəm ki, Forumdakı iştirakınızdan məmnun olacaqsınız”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı Rumen Radev ilə videokonfrans formatında görüşündə bildirib.

X Qlobal Bakı Forumunda iştirak etmək üçün səfərinə görə Bolqarıstan Prezidentinə təşəkkür edən dövlətimizin başçısı deyib:

“Sizin şəxsi iştirakınız Qlobal Bakı Forumunun səviyyəsini yüksəldir və əlbəttə, əminəm ki, Siz bu beynəlxalq tədbirin potensialına mühüm töhfə verəcəksiniz. Həmçinin Sofiyadakı görüşlərimizi də məmnunluqla xatırlayıram – keçən il rəsmi səfərim zamanı və interkonnektorun açılışı mərasimində. O vaxtdan ötən dövrdə işlər uğurla irəliləyir və biz strateji əməkdaşlığımızın çox əməli nəticələrini görürük”.

Loading

Next Post

<strong>Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA</strong>

Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı qarşılaşmalar keçiriləcək. İngiltərə Premyer Liqasında turun açılış matçında son oyunda “Mançester Yunayted”ə yeddi cavabsız qolla qalib gələn “Liverpul” autsayder “Bornmut”un qonağı olacaq. Görüş Bakı vaxtı ilə 16:30-da start götürəcək. Çempionlar Liqasında mərhələ keçən “Çelsi” “Lester”in qonağı olacaq, Avropa çıxışını başa vuran “Tottenhem” isə […]