Almaniyada kilsədə ölənlərin sayı artdı – YENİLƏNİB

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Hamburqda Yehovanın Şahidləri kilsəsində baş verən atışma nəticəsində azı 8 nəfər həlak olub.

Bu barədə “Welt” nəşri məlumat yayıb. Polis 7 nəfərin ağır, 17 nəfərin isə yüngül xəsarət aldığını bildirir.

Hadisə yerində araşdırmalar davam etdirilir.

***09:04

Almaniyanın Hamburq şəhərində Yehovanın Şahidlərinin kilsəsində 30-a yaxın adam güllələnib.

Hadisə nəticəsində 7 nəfər ölüb, azı 24 nəfər yaralanıb, onlardan 7-nin vəziyyəti ağırdır.

Alman hüquq-mühafizə orqanları bunun “kütləvi qətl” olduğunu bildirib. Hücumda şübhəli bilinən şəxs ölü tapılıb.

Loading

Next Post

Masallıda repetitor yanından qayıdan 17 yaşlı qız qaçırıldı

Masallı rayonunda 11-ci sinif şagirdi olan 17 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Hadisə martın 9-da qeydə alınıb. Universitetə hazırlaşan və repetitor yanından evə qayıdan qız bir neçə nəfər tərəfindən maşına mindirilərək qaçırılıb. 18 yaşı noyabrda tamam olacaq şagirdin ailəsinin polisə müraciətindən sonra o tapılıb və ailəsinə təhvil verilib. DİN-in Mətbuat […]