Dövlət Agentliyinin əsasnaməsinə dəyişiklik edildi

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, №12, maddə 1375) dəyişikliklər təsdiq edilsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Loading

Next Post

Yeni nazir müavini kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini təyin olunub. Umayra Tağıyeva bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi idi. O, aprelin 3-ü 1968-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsi, sinoptik, […]