Pakistan Azərbaycanı təbrik edib

Oxunma vaxtı:30 Saniyə

Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda əldə olunan atəşkəsdən məmnuniyyət duyulduğu ifadə edən açıqlama yayıb.

Doğrusöztv.Az bildirir ki, Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, açıqlamada deyilir: “Pakistan daim Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq nizamlanmasını dəstəkləyib.Tərəflərin hərbi əməliyyatları dayandırmasını elan etmələrini alqışlayırıq. Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşma Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün yeni bir fürsət yaradır.

Azərbaycan hökumətini və qardaş xalqını ərazilərinin azad edilməsi münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasına yol açacağına ümid edirik.”

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Sülh bəyannaməsi Azərbaycanın maraqlarına tam cavab verir - Deputat

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imzalanmış sülh bəyannaməsi həm hərbi, həm siyasi, həm də diplomatik qələbəmizdir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bildirib ki, bəyannamədə Azərbaycan əsas məqsədinə nail oldu: “Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu o deməkdir ki, həmin sənədə əsasən, Ermənistan […]