Sabah qar yağacaq

alfonsonri
Oxunma vaxtı:45 Saniyə

Fevralın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı, gecə və səhərin erkən saatlarında Abşeron yarımadasının şimalında qısamüddətli qara keçəcəyi gözlənilir. Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti isti, gündüz 3-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.

Loading

Next Post

Flora Kərimova onu da məhkəməyə verir

Xalq artisti Flora Kərimova məhkəməyə müraciət edib. Dogrusoztv.az olay-a istinadən xəbər verir ki, ustad müğənni həkim Sevinc Heydərovaya qarşı mülki iş üzrə məhkəməyə müraciət edib. Hakim işlə sabah – 23.02.2023 tarixində Nəsimi Rayon Məhkəməsində tanış olacaq. Kərimovanın bu addımı atmasına səbəb isə S. Heydərovanın onu uğursuz əməliyyat etməsi iddiasıdır. İddiaya […]