Türkiyə səfiri İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin onların tapşırığı ilə Türkiyəyə yardımları toplayıb göndərən şəxslərə təşəkkür edirəm”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə humanitar yardımın yolasalma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə olduğu kimi, bu dəfə də Türkiyəyə qardaş əlini uzadıb:

“Türkiyədəki qardaşlarım qarın altında üşüdüyü halda mən isti evimdə otura bilmərəm” deyərək öz yorğan-döşəyini göndərən qardaş və bacılarımıza təşəkkür edirəm. Biz Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu problemin də öhdəsindən gələcəyik. Türkiyə xalqı Azərbaycanın dar gündəki dostluğunu heç vaxt unutmayacaq. Allah heç zaman bizlərə belə acı yaşatmasın”.

Loading

Next Post

Kamran Əliyev Naxçıvan Prokurorluğunda 2 nəfəri İŞDƏN ÇIXARDI

Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi İlqar Əsgərov və NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru Əsrafil Əsgərov öz arzularına əsasən tutduqları vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib. Bundan başqa, […]