Müdafiə Nazirliyi Türkiyə şirkəti ilə müqavilə bağlamayıb – AÇIQLAMA

Oxunma vaxtı:30 Saniyə

“Müdafiə Nazirliyi Türkiyənin “Öztek Tekstil Terbiye A.Ş.” şirkəti ilə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb”.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin “Öztek Tekstil Terbiye A.Ş.” şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb.

Bildiririk ki, Müdafiə Nazirliyi adı çəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb. Nazirliyə qarşı guya məhkəmə iddiası qaldırılması ilə bağlı milliyyəti bəlli olmayan şəxslər tərəfindən yayılan məlumatın isə heç bir real əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır. Bu kimi yalan məlumatlarla Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salınmağa çalışılır.

Loading

Next Post

Prezident dövlət agentliyinə 1,4 milyon manat ayırdı

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Bununla bağlı Prezident.az məlumat yayıb.  Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin […]