Prezident dövlət agentliyinə 1,4 milyon manat ayırdı

Oxunma vaxtı:25 Saniyə

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Loading

Next Post

DYP binasına gəlib, “Sizi qovduracağam” deyən şəxs həbs edildi

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə gələrək xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, insident iyunun 29-da baş verib. Belə ki, iyunun 28-də yol polisi əməkdaşları 1988-ci il təvəllüdlü M.Şabanova məxsus “KamAZ” markalı yük maşınını saxlayıblar. Avtomobilə əlavə avadanlığın quraşdırıldığını bildirən polislər İnzibati Xətalar Məcəlləsinin […]