DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib

Oxunma vaxtı:44 Saniyə


Dövlət Sərhəd Xidmətinin (DSX) Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib.

Bu barədə Mətbuat Mərkəzi məlumat yayıb.

Çıxışlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətində həyata keçirilən genişmiqyaslı işlər nəticəsində müasir hərbi infrastrukturun yaradıldığı, şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırıldığı, sərhəd mühafizəsinin etibarlılığının artırılması istiqamətində mühüm nəticələrin əldə olunduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, xidməti istifadəyə verilən Tədris Mərkəzində sərhəd nəzarəti sahəsində peşəkar kadrların hazırlanması məqsədilə müasir tədris sinifləri, ixtisaslaşdırılmış auditoriyalar, inzibati və yardımçı otaqlar yaradılmış, tədris prosesinin yüksək səviyyədə təşkili üçün zəruri baza formalaşdırılmışdır.

Logistika Mərkəzində isə maddi-texniki təminatın daha operativ və səmərəli təşkilini asanlaşdıracaq yeni infrastruktur, inzibati və xidməti binalar, anbar təsərrüfatı və digər təyinatlı obyektlər müasir standartlara uyğunlaşdırılıb.

Tədbirlərin rəsmi hissəsi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərkəzlərdə yaradılan şəraitlə tanış olmuş, görülən işlərə yerində baxış keçirib.

Loading

Next Post

Bəzi rayonlara intensiv yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə […]