Prokurorluq əməkdaşlarının peşə hazırlığı səviyyəsinin artırılması daim təmin edilir

Oxunma vaxtı:1 Dəqiqə, 22 Saniyə

Cari ilin 16-17 iyun tarixlərində Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” proqramının “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq səviyyəli ekspertlər və müvafiq dövlət qurumların nümayəndələrinin iştiraki ilə “Aktivlərin bərpası üzrə beynəlxalq əməkdaşlıq sahəsində yaxşı təcrübələr” mövzusunda təlim keçirilmişdir.Layihəyə əsasən Azərbaycanda aktivlərin bərpası üzrə institusional və qanunvericilik bazasının qiymətləndirilməsi və bu istiqamətdə beynəlxalq standartlara uyğun tövsiyələrin hazırlanması nəzərdə tutulub.Azərbaycan Respublikası Daxili İşlər və Ədliyyə nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Maliyyə Monitorinqi Xidməti və digər dövlət qurumların nümayəndələrinin qatıldığı təlim tədbirində Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev, həmin idarənin prokurorları Nigar Yəhyazadə və Teymur Aşurov, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Tərlan Kərimov, həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini Şəhriyar Məmmədzadə, Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Ruhlan Nəsirov, Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Rəşad Məmmədov, Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı Emin Yusibov və Əməliyyat təminatı şöbəsinin mühüm işlər üzrə əməliyyatçısı Anar Əhmədov iştirak etmişlər.Tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbərinin müavini Kirilo Boiçeniuk hazırkı layihənin təmsil etdiyi beynəlxalq qurum tərəfindən Azərbaycanda çirkli pulların yuyulmasına qarşı aparılan mübarizəyə göstərilən dəstəyin ifadəsi olduğunu qeyd edərək, belə maarifləndirmə layihələrinin Azərbaycan və Avropa Şurasının gələcək əməkdaşlığı üçün də prioritet olacağına ümidvar olduğunu bildirmişdir.Təlim zamanı iştirakçılar cinayət işləri üzrə istintaqın aparılmasına və ya məhkəmə icraatına dəstək olmaq üçün beynəlxalq əməkdaşlıq mexanizmləri haqqında Avropa Şurasının ekspertləri tərəfindən məlumatlandırmış, ekspertlər tərəfindən hazırlanmış kazuslara dair praktik məşğələlər keçirilmişdir.Tədbirin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında sual-cavab sessiyası keçirilmiş, aidiyyəti mövzular üzrə səmərələri fikir mübadiləsi aparılmışdır.

Loading

Next Post

Şəxsin arvadını qəsdən öldürməsi, daha sonra özünə xəsarət yetirməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.     Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən […]