“Publisistika və Köşə Yazarlığı” mövzusunda seminar keçirilib

Oxunma vaxtı:30 Saniyə

İyunun 16-da Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Publisistika və Köşə Yazarlığı” mövzusunda seminar keçirilib.

20-dən çox çap və onlayn media subyektinin nümayəndələrinin iştirak etdiyi seminarda MEDİA Agentliyi, Bakı Dövlət Universiteti və ADA Universitetinin mütəxəssisləri “Azərbaycan ədəbi dilinin publisistik üslubu. Bədii publisistikanın janrları. Köşə yazarlığı təcrübəsi: köşə yoxsa kolumnistika?”, “Azərbaycan publisistikasında qadın hüquqları uğrunda mübarizə və gender bərabərliyi məsələləri”, “Yeni mediaya konvergensiya şəraitində bədii publisistika, redaktə və hipermətn”, “Qərb jurnalistikasında publisistik yazının strukturu, şərh vermənin etik qaydaları” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Loading

Next Post

Baş nazir ÜST-ün Baş direktoru ilə GÖRÜŞÜB

Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla görüşüb. Nazirlər Kabinetindən “Unikal”-a verilən xəbərə görə, görüşdə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, Forumun dünya miqyasında aktual məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrildiyi bildirilib.Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında səmərəli əməkdaşlığın olduğu məmnunluqla qeyd edilib. Görüşdə Azərbaycanda səhiyyə […]