Prezident nekroloq imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. Nekroloqda deyilir: “Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün […]

Nazirlik Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini açıqlayıb

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini açıqlayıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Birinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Olimpiya çempionu Zelim Kotsoyev (320 xal) ikinci, digər cüdoçu Elcan Hacıyev (310 xal) üçüncü olub. Növbəti sıralarda cüdoçular Rəşid Məmmədəliyev (210 xal), Uşanqi […]

Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar […]

Xalq artisti Arif Babayev vəfat edib

Xalq artisti Arif Babayev vəfat edib. O bu gün vəfat edib. Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib. Qeyd edək ki, Arif Babayev 20 fevral […]

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu Öndər fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı […]

Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb, ölən və yaralananlar var

Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb. Hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində baş verib. Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri,cənab Zaur Mikayılova

Şəki rayonu, Dərəcənnət kənd sakinlərinin Doğrusöztv.Az saytının redaksiyasına 2025-ci ilin aprel ayında etdikləri anonim müraciətlərinə, onların sübut kimi göndərdikləri videogörüntüyə görə biganə yanaşmamaq məcburiyyətində qalaraq , müraciətin mətni və videogörüntünü sosial şəbəkə hesablarımızda paylaşaraq Sizə müraciət ünvanladıq.Redaksiyamıza təkrar anonim müraciətlər daxil olub.Bu dəfə, təkcə Şəki rayonunun Dərəcənnət kəndinin deyil onlarla […]

Sabit tarifin tətbiq olunması nə vəd edir? – ARAŞDIRMA

İyulun 28-də “Elektroenergetika haqqında” Qanuna dəyişiklik təsdiqlənib. Bununla elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi – sabit tarif mexanizmi əlavə edilib. Sabit tarif (məsələn, 1 manat) hamı üçün eynidir. Məqsəd elektroenergetika sisteminin sabit […]

Portuqaliya Fələstin dövlətini tanıya bilər

Portuqaliya beynəlxalq proses çərçivəsində və tərəfdaşlarla koordinasiya şəklində Fələstin dövlətini tanımağı nəzərdən keçirir. Bu barədə Portuqaliyanın Baş naziri Luiş Monteneqronun ofisi məlumat yayıb. “Hökumət Fələstinin tanınması məsələsi ilə bağlı prezident və parlament siyasi partiyaları ilə məsləhətləşmələr keçirmək qərarına gəlib. Bu, artıq sentyabrda baş verə bilər”, – məlumatda bildirilib. Sənəddə qeyd […]

Bakı-Qazax yolunda avtomobillə hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə bağlı sabahdan avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlubat yayıb Məlumata görə, hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənə qədər qüvvədə olacaq. “Sürücülərdən sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, […]