
Şəki rayonu, Dərəcənnət kənd sakinlərinin Doğrusöztv.Az saytının redaksiyasına 2025-ci ilin aprel ayında etdikləri anonim müraciətlərinə, onların sübut kimi göndərdikləri videogörüntüyə görə biganə yanaşmamaq məcburiyyətində qalaraq , müraciətin mətni və videogörüntünü sosial şəbəkə hesablarımızda paylaşaraq Sizə müraciət ünvanladıq.
Redaksiyamıza təkrar anonim müraciətlər daxil olub.
Bu dəfə, təkcə Şəki rayonunun Dərəcənnət kəndinin deyil onlarla yanaşı eyni icra nümayəndəliyinin tabeliyində olan qonşu Suçma kəndinin sakinləridə müraciət ediblər.
2 kəndin sakinləri anonim müraciət etsələrdə, müraciətlərinin təsdiqi kimi yenədə, videogörüntünün linkini əlavə ediblər.
Bildirirlər ki, 2025-ci ilin aprel ayında redaksiyamıza ünvanladıqları müraciətlərini, sosial şəbəkə hesabımızda paylaşıb aidiyyəti qurumlara səsləndikdən təxminən 2 ay sonra, yəni 2025-ci ilin iyun ayında aidiyyatı qurumlar tərəfindən müəyyən tədbir görülüb. Belə ki, Şəki rayonunun Dərəcənnət kəndinə gedən suvarma suyunun borusunun Böyük Dəhnə kəndinin dağlıq ərazisindən keçən hissəsində həmin kənd sakinləri tərəfindən qəsdən deşilərək özlərinə məxsus, magistral yola yaxın olduğundan aydın görünən təxminən 45 – 50 sot kənarları çəpərlənmiş yonca sahəsini suvarmalarının qarşısı alınıb. Su borusunun deşilmiş hissəsi bərkidilib.
Lakin, aidiyyatı qurumlar tərəfindən tutarlı, lazımi tədbirlər görülmədiyi üçün, problem daha da böyümüşdür. Belə ki, uzun illər Dərəcənnət kəndinə gedən suvarma suyu borusunu qəsdən deşərək, yonca sahəsini suvaran Böyük Dəhnə kənd sakinləri, indi isə həm Dərəcənnət həmdə Suçma kəndlərinə gedən içməli su borularını deşirlər.
İşıq, internet, radar və digər kabellərin keçdiyi ərazidə, Dövlətin ehtiyyat fondunda olan torpaq sahəsində, bəlkədə Böyük Dəhnə kənd sakinləri üçün örüş sahəsi kimi nəzərdə tutulan ərazidə təxminən yarım hektar yonca sahəsinin olması qanuna uyğundurmu?
Dünyada və Azərbaycanda şirin su ehtiyyatlarının tükəndiyi bir dövürdə içməli suya olan təlabatın yerinə yetirilmədiyi bir vaxtda, 2 kəndin içməli su borularının qəsdən deşilərək suvarma məqsədi ilə istifadə olunmasının qarşısının alınması üçün lazımi tədbirlər görülməsinə, nəticəsi barədə sosial şəbəkə hesablarımızda işıqlandırılaraq ictimaiyyətin məlumatlandırılması üçün redaksiyamıza məlumat verilməsini Sizdən xahiş edirik.
![]()
