Nazirlik Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini açıqlayıb

Oxunma vaxtı:25 Saniyə

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Birinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Olimpiya çempionu Zelim Kotsoyev (320 xal) ikinci, digər cüdoçu Elcan Hacıyev (310 xal) üçüncü olub.

Növbəti sıralarda cüdoçular Rəşid Məmmədəliyev (210 xal), Uşanqi Kokauri (190 xal), idman gimnastı Nikita Simonov (165 xal), yunan-Roma güləşçisi Qurban Qurbanov (160 xal), sərbəst güləşçi Giorgi Meşvildişvili, yunan-Roma güləşçiləri Həsrət Cədərov və Nihat Məmmədli (hamısı 150 xal) yer alıblar.

Loading

Next Post

Prezident nekroloq imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. Nekroloqda deyilir: “Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün […]