Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul edib. Qəbula görə minnətdarlığını bildirən Selçuk Bayraktaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib. Görüşdə ölkələr arasında […]
Bolqarıstan Rusiyaya etiraz edib
Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona Polşada PUA insidenti ilə əlaqədar yazılı demarş təqdim edilib. Bu barədə Bolqarıstan XİN-in bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, Bolqarıstan hökuməti Polşanın hava məkanının pozulmasını pisləyir və öz müttəfiqi və tərəfdaşı ilə həmrəyliyini ifadə edir. Diplomatik idarə […]
Samuxda avtomobil mağazaya çırpılıb, 4 nəfər xəsarət alıb
Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Samux şəhəri ərazisində qeydə alınıb. “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya çırpılıb. Qəza zamanı sürücü F.Həsənov və daha 3 nəfər xəsarət alıb. Xəsarət alanlarlar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.
Gələn ilə Kəlbəcərdəki müasir təhsil kompleksində işlərin tamamlanması planlaşdırılır
Kəlbəcərdə modul tipli məktəb şagirdlərin təhsilində fasilə yaranmaması üçün yaradılıb və müvəqqəti xarakter daşıyır. Bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva bildirib. Onun sözlərinə görə, artıq növbəti ilə Kəlbəcərdə yeni, müasir və unikal təhsil kompleksində işlərin tamamlanması planlaşdırılır. Qeyd olunub ki, təməli 2023-cü […]
AK Parti: Türkiyə ilə Azərbaycan çiyin-çiyinə addımlamağa davam edəcək
Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının ildönümünü ən səmimi duyğularımızla təbrik edirik. Bu fikirlər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) rəsmi “X” sosial media hesabındakı paylaşımında qeyd olunub. Paylaşımda Qafqaz İslam Ordusunun qəhrəman komandirlərini və igid əsgərlərini rəhmət və şükranla yad edildiyi vurğulanıb. “Türkiyə ilə […]
Paytaxtda oğurluq və soyğunçuluq edən şəxslər saxlanılıb
Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, naməlum şəxslər paytaxt sakininə qarşı soyğunçuluq edərək pul vəsaitini, rayon ərazisində yerləşən köşklərin birindən isə mənimsəmə yolu ilə 12160 manatı ələ keçiriblər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum […]
Sabah yağış yağacaq – PROQNOZ
Sentyabrın 16-da Azərbaycanda havanın yağışlı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 20-24 dərəcə […]
“Əhalinin sağlamlığının qorunması haqqında” yeni qanun layihəsi hazırlanır
“Əhalinin sağlamlığının qorunması haqqında” qanunun yenidən işlənməsinə ehtiyac var. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib. “Bu qanun 20 ildən çoxdur ki, qəbul edilib, yenidən işlənməsinə ehtiyac var. Bu istiqamətdə Səhiyyə Nazirliyi ilə birgə fəaliyyətimiz davam edir. Çox güman ki, yeni qanun qəbul […]
Prezident Badarada sakinlərlə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb.
Azərbaycan Prezidenti Xocalı rayonunun Daşbulaq kəndində olub
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində olub. Dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verilib. Qeyd edək ki, bu kənd də Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulması işləri icra olunub. Uzunluğu 20 […]