“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

UEFA Avropa Liqası Liqa mərhələsinin növbəti turu çərçivəsində keçiriləcək “Qarabağ” – FCSB matçına satılan biletlərin sayı bəlli olub.  Oyuna 15 minə yaxın bilet satılıb. Hazırda da satışlar davam edir. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə 21:45-də start veriləcək. 

Bakı-Sumqayıt yolunda avtomobil aşdı – Foto

Binəqədi rayonu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Sumqayıt yolunda minik avtomobilləri toqquşub. Nəticədə maşınlardan biri aşıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, baş vermiş qəza səbəbindən “Xırdalan” dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb: “Yol polisi əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür”.

Gürcüstanda inqilab cəhdlərinə Amerika pulları sərf olunub – Kobaxidze

“Son üç il ərzində Gürcüstanda inqilaba dörd uğursuz cəhd olub. Hər dörd halda xarici, həmçinin ABŞ maliyyələşməsi də sərf edilib”.Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib. O, ABŞ Prezidenti Donald Trampın digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə dayandırılması haqqında fərmanını alqışlayıb. İ.Kobaxidze qeyd edib ki, D.Trampın qərarı […]

Peskov: Putin və Ərdoğan arasında Slovakiyaya qaz tədarükü ilə bağlı danışıq gözlənilmir

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Slovakiyaya qaz tədarükü ilə bağlı danışıq hələlik planlaşdırılmır.Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Danışıq hələlik planlaşdırılmır, lakin Putin və Ərdoğan danışıqları bir neçə saat ərzində razılaşdıra bilirlər, buna görə də ehtiyac yaranarsa, bu baş tutacaq. Bu, daha […]

Prezident İlham Əliyev Ərdoğana zəng edib, başsağlığı verib

Yanvarın 23-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edilib ki, dövlətbaşçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə […]

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib – CƏDVƏL

zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilər. Məlumata görə, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Gürcüstanda Azərbaycanla iqtisadi əməkdaşlıq müzakirə olunub

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. “Kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində səmərəli və uğurlu əməkdaşlığımızın əsasında ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətləri […]

Milli Məclisin deputatları azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaq

[center][img]https://azadmedia.az/uploads/posts/2025-01/1737616499_a27e6862-c361-3dee-998a-b34d40feda86_850.jpg[/img][/center] Milli Məclisin deputatları azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar. Bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyası üzrə İş planına məsələ daxil edilib. Bildirilib ki, deputatlar yaz sessiyası müddətində işğaldan azad edilmiş ərazilərdə görülən işlər, aqrar sahədə əldə olunan nəticələrlə tanış olacaqlar.

Bu ərazilərdə qaz kəsildi

Bu gün Bakının Xətai rayonu və Ağdaş rayonunun bir hissəsinin qazla təchizatı dayandırılıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb. İşlər başa çatanadək M.Hadi, Sarayevo, Q.Nəbi, […]

Çempionlar Liqası: Daha altı komanda növbəti mərhələ şansını itirib

UEFA Çempionlar Liqasında daha altı komanda növbəti mərhələ şansını itirib. Bu, Liqa mərhələsinin VII turunun oyunlarından sonra bəlli olub. İspaniyanın “Jirona”, Serbiyanın “Srvena Zvezda”, Avstriyanın “Zaltsburq”, “Şturm”, Çexiyanın “Sparta” və İtaliyamın “Bolonya” klubları sonuncu turun nəticələrindən asılı olmayaraq, turnirlə vidalaşacaqlar. Qeyd edək ki, dekabrda İsveçrənin “Yanq Boys”, Slovakiyanın “Slovan” və […]