Gürcüstanda Azərbaycanla iqtisadi əməkdaşlıq müzakirə olunub

Oxunma vaxtı:27 Saniyə

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

Görüş zamanı tərəflər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

“Kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində səmərəli və uğurlu əməkdaşlığımızın əsasında ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətləri dayanır”, – deyə D.Sonqulaşvili bildirib.

Azərbaycan səfiri nazirə yeni vəzifəsində uğurlar arzulayıb.

“Ətraf mühitin qorunması və kənd təsərrüfatı bizim üçün əməkdaşlığın maraqlı sahələridir. Düşünürəm ki, birgə bir çox qarşılıqlı maraq doğuran layihələri həyata keçirəcəyik”, – F.Quliyev vurğulayıb.(Report”)

Loading

Next Post

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilər. Məlumata görə, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.