Peskov: Putin və Ərdoğan arasında Slovakiyaya qaz tədarükü ilə bağlı danışıq gözlənilmir

Oxunma vaxtı:27 Saniyə

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Slovakiyaya qaz tədarükü ilə bağlı danışıq hələlik planlaşdırılmır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Danışıq hələlik planlaşdırılmır, lakin Putin və Ərdoğan danışıqları bir neçə saat ərzində razılaşdıra bilirlər, buna görə də ehtiyac yaranarsa, bu baş tutacaq. Bu, daha çox bizim qaz tədarükçülərimizə, texnologiya baxımından “Qazprom”a aiddir”, – o, Ankaradan iki prezident arasında telefon danışığı ilə bağlı sorğunun daxil olub-olmaması barədə sualı şərh edərkən bildirib.

Daha əvvəl Ərdoğan Putinlə Slovakiyaya qaz tədarükünün perspektivlərini müzakirə etmək niyyətində olduğunu bildirmişdi.

Loading

Next Post

Gürcüstanda inqilab cəhdlərinə Amerika pulları sərf olunub – Kobaxidze

“Son üç il ərzində Gürcüstanda inqilaba dörd uğursuz cəhd olub. Hər dörd halda xarici, həmçinin ABŞ maliyyələşməsi də sərf edilib”.Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib. O, ABŞ Prezidenti Donald Trampın digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə dayandırılması haqqında fərmanını alqışlayıb. İ.Kobaxidze qeyd edib ki, D.Trampın qərarı […]