Mədəniyyət Nazirliyinin yeni strukturunda 13 şöbə, 4 sektor formalaşdırılıb

Mədəniyyət Nazirliyinin Aparatının yeni strukturunun tərkibi məlum olub. “Report”un əldə etdiyi məlumata görə, hazırkı strukturda 13 şöbə, 4 sektor formalaşdırılıb. Bildirilib ki, “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyası əsasında optimallaşdırmadan sonra Strateji inkişaf və kommunikasiya, həmçinin Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi adlı iki yeni şöbə və Maliyyə monitorinqi və auditi […]

Rusiyanın əl çəkmədiyi “Qarabağ tələsi” – Balayanla ölən xülya – ŞƏRH

Ermənistanda hökumət və siyasi qüvvələr bu ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşırlar. Rusiya da bu siyasi kampaniyaya müxtəlif formatlarda təsir göstərməyə səy göstərir.Seçkilərə qatılmaq üçün Moskvanın üstünlük verdiyi lider demək olar ki, yoxdur. Onun yetişdirdiyi erməni milyarder Samvel Karapetyanın isə bu rolda oynaması imkanı sıfırdır. Ona görə RF bütün dağıdıcı, […]

Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub. Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verilib. Qeyd olunub ki, muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli […]

Su basmış bir sıra ərazilərdən 166 nəfər təxliyə olunub

Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Binəqədi, Suraxanı və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində 17-si azyaşlı olmaqla 166 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə […]

İlham Əliyev: Bu il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 1 milyard dollara çata bilər

Keçən il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 800 milyon dollardan çox olub. Bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı qeyd edib ki, bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərir: “Gürcüstanda siyasi sabitlik var. Bunun təminatçısı gürcü xalqı […]

Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir

Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib. “Əsrlər boyu gürcü və Azərbaycan xalqları qardaşlıq şəraitində yaşayıb. Bu gün bu ənənələr davam edir. İki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir”. Prezident […]

Bakının Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət qismən məhdudlaşdırılıb

Bakının Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi ilə bağlı hərəkət qismən məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb. Məlumata görə, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb. Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin […]

Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayıb

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir. Müsabiqədə iştirak üçün qeydiyyat 10 aprel 2026-cı il saat […]

Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir 

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi. Prezidentlər fəxri qarovul dəstəsinin […]

Azərbaycanda bəzi limanlar bağlanıb

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi limanlarda gəmilərin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. “Əlverişsiz hava şəraiti səbəbindən Qaradağ, Dübəndi və Sahil limanlarına gəmilərin giriş-çıxışı müvəqqəti olaraq dayandırılıb. Digər limanlarda […]