Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.Bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə keçirilən geniş tərkibdə görüş əsnasında bildirib. Azərbaycanın Baş naziri deyib: “Bu gün qarşılıqlı fəaliyyətimizin ən mühüm məsələlərinə dair çox konstruktiv və ətraflı […]
Mərakeş Krallığının şahzadəsi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Azərbaycanda səfərdə olan Mərakeş Krallığının şahzadəsi Lalla Hasnaa mayın 5-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Lalla Hasnaa həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad […]
Spiker: Ermənistanda seçkilər bu həftə keçirilərsə, hakim partiya 50 %-dən çox səs toplayacaq
Ermənistanda parlament seçkiləri bu həftə keçirilərsə, hakim “Vətəndaş müqaviləsi” partiyası 50 %-dən çox səs toplayacaq. Bu fikri ölkə parlamentinin sədri Alen Simonyan səsləndirib. “Sorğular da göstərir ki, hakim partiya birinci yerdədir və əhali tərəfindən daha çox dəstəklənir… Əminəm ki, əgər seçkilər bu cümə günü keçirilərsə, “Vətəndaş müqaviləsi” 50 %+ səs […]
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma […]
Moskvada yaşayış binasında partlayış baş verib, ölənlər var
Moskvada general Tyulenev küçəsindəki yaşayış binasında baş verən partlayış nəticəsində həlak olanların sayı üçə çatıb. Bu barədə TASS-a operativ xidmətlərdən məlumat verilib. “Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər həlak olub. Bütün həlak olanlar partlayışın baş verdiyi mənzildə olublar”, – mənbə bildirib. İlkin məlumata görə, partlayışın səbəbi məişət […]
Azərbaycan Ordusunun dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb. Təlimin növbəti mərhələsində dəniz piyadaları hərəkət planına uyğun gizli, sürətli və maskalanaraq hücum xəttinə […]
Ötən ilin qəbul göstəricilərinə görə Bakının yaxşı məktəblərinin siyahısı açıqlanıb
Ötən ilin qəbul göstəricilərinə görə Bakının yaxşı məktəblərinin siyahısı açıqlanıb.Bu barədə Dövlət İmtahan mərkəzinin respublika üzrə bütün məktəblərin məzunlarının 2024-cü ildə keçirilən buraxılış və qəbul imtahanlarındakı göstəricilərini əks etdirən statistik məlumatlarda qeyd edilib. Bildirilib ki, respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin İ.Əfəndiyev adına “Elitar” gimnaziya, 160 saylı klassik […]
Şəhid atası meşədə itkin düşdü
Daşkəsəndə meşəyə bitki toplamağa gedən şəxs itkin düşüb.Hadisə rayonun Bayan kəndinin yaxınlığına yerləşən meşəlik ərazidə qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü K.Abdullayev ötən gün axşam saatlarında meşəlik ərazidə bitki toplamağa gedən zaman itkin düşüb. Məlumata görə, o sonuncu dəfə qızı ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin […]
Belarusun Baş naziri Azərbaycana gəlir
Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə yola düşüb.Belarus Baş naziri Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, ikitərəfli münasibətlər müzakirə olunacaq. Eyni zamanda o, azərbaycanlı həmkarı Baş nazir Əli Əsədovla məhdud və geniş tərkibli görüşlər keçirəcək. Səfər çərçivəsində bir sıra müqavilələrin imzalanması gözlənilir. Eyni […]
Gədəbəydə kişi qonşusunun evində dəm qazından boğularaq ölüb
Gədəbəy sakini dəm qazından zəhərlənərək ölüb. Hadisə rayonun İsalı kəndində qeydə alınıb. Anar Paşayev qonşusunun evinin hamam otağında çimərkən dəm qazından boğulub. Faktla bağlı araşdırma aparılır.