Azərbaycan Ordusunun dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Oxunma vaxtı:38 Saniyə

Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.

Təlimin növbəti mərhələsində dəniz piyadaları hərəkət planına uyğun gizli, sürətli və maskalanaraq hücum xəttinə irəliləmə, şərti düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsi, eləcə də düşmən mövqelərinin tutulması və təminat yollarının nəzarət altına alınması üzrə tapşırıqları icra ediblər.

Təlim zamanı, həmçinin bölmənin yerləşdiyi ərazidə komendant xidmətinin və hərəkətli patrul sisteminin təşkili, gecə məşğələlərinin keçirilməsi üzrə fəaliyyətlər də yerinə yetirilib.

Dəniz piyadalarının döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Loading

Next Post

Moskvada yaşayış binasında partlayış baş verib, ölənlər var

Moskvada general Tyulenev küçəsindəki yaşayış binasında baş verən partlayış nəticəsində həlak olanların sayı üçə çatıb. Bu barədə TASS-a operativ xidmətlərdən məlumat verilib. “Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər həlak olub. Bütün həlak olanlar partlayışın baş verdiyi mənzildə olublar”, – mənbə bildirib. İlkin məlumata görə, partlayışın səbəbi məişət […]