Gürcüstanda Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək

Gürcüstanda yaşayan məktəbli soydaşlar arasında Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək. “Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir 14 iyun 2025-ci il tarixində Marneuli şəhərində yerləşən Azərbaycan Evində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq. Olimpiada VIII-XII sinif şagirdləri […]

Mədəniyyət naziri Göygöl rayonunda vətəndaşları qəbul edib

Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu iyunun 12-də Göygöl rayonunda olub. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəbulda Gəncə və Naftalan şəhərləri, Göygöl, Daşkəsən, Samux və Goranboy rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, əməyin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, müəssisələrin maddi-texniki təchizatının […]

Sabah Babəkin dörd kəndində işıq olmayacaq

Babək rayonunun kəndlərində elektrik enerjisinin verilişində sabah qısamüddət fasilə olacaq.İyunun 13-də 35/10 kV-luq Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq “Kərimbəyli” hava elektrik verilişi xətti cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq. Bununla əlaqədar Kərimbəyli, Hacıvar, Badaşqan və Yarımca kəndlərində elektrik enerjisinin verilişində iyunun 13-də saat 10:00-dan 12:00-dək müvəqqəti fasilə yaranacaq.

Milli Məclisin sədri TÜRKPA-nın 14-cü plenar iclasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın 14-cü plenar iclasında çıxış edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən xəbərə görə, “Türk əsri: parlament diplomatiyasının rolu” mövzusunda təşkil olunan iclasda çıxışı zamanı spiker Sahibə Qafarova türk xalqlarının bəşəriyyətin inkişafına dəyərli töhfələr verdiyini bildirib.Sahibə Qafarova qeyd edib ki,z türk birliyinin yeni […]

Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb

İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Oman Sultanlığının ali təhsil, tədqiqat və innovasiyalar naziri Dr Rahma bint İbrahim bin Said Al Mahrouqiyah ilə görüşüb. Bu barədə […]

Sabah 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, havanın temperaturu gecə 20-22° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın […]

FIFA klublararası dünya çempionatında komanda sayının artırılmasını istəyir

FIFA bu yay keçiriləcək klublararası dünya çempionatı uğurlu alınsa, 2029-cu ildə təşkil olunacaq analoji turnirə 48 komandanın qatılmasını istəyir. Ali futbol qurumu bununla bağlı məsləhətləşmələr aparacaq. Növbəti yarışın formatı və strukturu ilə bağlı danışıqlar məhz builki turnirdən sonra aparılacaq. Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də […]

İsveç XİN başçısı: Aİ İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq etməlidir

Avropa İttifaqı (Aİ) qərbli müttəfiqlərindən nümunə götürərək İsrailin Baş naziri Binyamin Netanyahunun kabinetinin ifrat sağçı üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir. Bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard “Politico” nəşrinə müsahibəsində bildirib. “Biz ayrı-ayrı ekstremist əhval-ruhiyyəli nazirlərə qarşı sanksiyaların tətbiqinə nail olmaq üçün növbəti addımı atırıq”, – o qeyd […]