İsveç XİN başçısı: Aİ İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq etməlidir

Oxunma vaxtı:30 Saniyə

Avropa İttifaqı (Aİ) qərbli müttəfiqlərindən nümunə götürərək İsrailin Baş naziri Binyamin Netanyahunun kabinetinin ifrat sağçı üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir.

Bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard “Politico” nəşrinə müsahibəsində bildirib.

“Biz ayrı-ayrı ekstremist əhval-ruhiyyəli nazirlərə qarşı sanksiyaların tətbiqinə nail olmaq üçün növbəti addımı atırıq”, – o qeyd edib.

Daha əvvəl Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Norveç İsrailin maliyyə və milli təhlükəsizlik nazirləri Betsalel Smotriç və İtamar Ben-Qvirə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etdiklərini açıqlayıblar. Fələstinlilərə qarşı zorakılığa təhrik etdiklərinə görə tətbiq edilən məhdudiyyətlər ilk növbədə həmin ölkələrə giriş qadağasını, həmçinin aktivlərinin dondurulmasını nəzərdə tutur.

Loading

Next Post

Bu ilin 5 ayında 21 mindən çox şəxsə pensiya təyin olunub

2025-ci ilin yanvar-may ayları ərzində 21 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, onların 55,87%-ni kişilər, 44,13%-ni isə qadınlar təşkil edib.