Nazirlər Kabineti kənd təsərrüfatının siyahıyaalınmasına dair qərarını dəyişib

Nazirlər Kabineti “2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Dövlət Statistika Komitəsi kənd təsərrüfatının siyahıyaalınması başa çatdıqdan sonra bu məqsəd üçün alınmış planşet tipli kompüterlərin Elm və Təhsil […]

ABŞ Zəngəzur dəhlizinin idarə edilməsini öz üzərinə götürməyə hazır olduğunu bildirib

ABŞ Zəngəzur dəhlizini öz nəzarətinə götürməyə hazır olduğunu bildirib. Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib. Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. “Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, – səfir vurğulayıb. Tom […]

Hərbi Prokurorluqda yeni – Təyinatlar

Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub. Baş prokuror Kamran Əliyevin əmri ilə Nihad Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub. Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov tutduğu vəzifədən azad edilərək […]

Azərbaycanda “İstilik təchizatı haqqında” qanun qüvvəyə minib

Prezident İlham Əliyev Mili Məclisin iyunun 24-də qəbul etdiyi “İstilik təchizatı haqqında” qanunu təsdiqləyib. Qanun dövlət başçısının imzaladığı “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” 29 aprel 2022-ci il tarixli sərəncamına uyğun hazırlanıb və qəbul olunub. Qanunla istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət […]

Azərbaycanda iki yeni milli park yaradılıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev iki yeni milli parkın – Axar-Baxar və İlisu – yaradılması barədə sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, Axar-Baxar Milli Parkı Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 […]

Köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb

Doğma yurduna iyulun 14-də yola salınan köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb. “Report”un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, kənd sakinlərini qarşılama mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və “Xankəndi şəhərində, Ağdərə və Xocalı […]

DİM sədri: Təxminən beş ilə bəzi ixtisaslar ləğv olunacaq

Təxminən 5 ilə bəzi ixtisaslar ləğv olunacaq. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, hər gün eyni işi görən, müəyyən cədvəl işi ilə məşğul olan […]

MM borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət verilməsini III oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq, Mülki, Vergi və Mənzil Məcəllələrində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. Layihəyə əsasən, Azərbaycanda icra sənədinə əsasən satılmalı olan əmlakın, […]

Parlament Təminat Fonduna yeni səlahiyyət verilməsini III oxunuşda təsdiq edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət borcu haqqında” qanundadəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. Dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur. Bu, […]

Qazax və Samuxda qaz kəsiləcək

Bu gün Qazax və Samux rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14-18 iyulda Şıxlı” və “Yuxarı Salahlı” […]