Qazax və Samuxda qaz kəsiləcək

Oxunma vaxtı:32 Saniyə

Bu gün Qazax və Samux rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14-18 iyulda Şıxlı” və “Yuxarı Salahlı” ölçü qovşaqlarından, 15-17 iyulda isə “Ağasıbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 üç gün müddətində) qaz təchizatının məhdudlaşdırılması planlaşdırılır.

Loading

Next Post

Parlament Təminat Fonduna yeni səlahiyyət verilməsini III oxunuşda təsdiq edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət borcu haqqında” qanundadəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. Dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur. Bu, […]