Həndbol üzrə Azərbaycan çempinatında VIII turun oyunları keçirilib. Qadınların yarışında “Kür” “İdman Akademiyası”nı məğlub edib – 39:23. “Azəryol” “Bakı”ya heç bir şans verməyib – 33:9. “Qarabağ” isə “Təhsil”i 25:12 hesabı ilə üstələyib. Kişilərin mübarizəsində “Qarabağ” “Dinamo”ya (45:25), “Bakı” “Təhsil”ə (45:21), “Kür” isə “Azəryol”a (28:23) qalib gəlib.
Hərbi prokuror HDQ-nin hərbi qulluqçularına tapşırıqlar verib
Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədə geniş məlumat verib, maddi və texniki təchizatın yüksəldilməsi üçün mütəmadi işlərin görülməsini qeyd […]
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
23-27 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç […]
Həftənin ilk günü bir sıra yollarda nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 2. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; 3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası […]
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrilib
Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında fərman imzalayıb.Fərmana əsasən, həmin qurumlar agentliyin tabeliyində “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-yə çevriliblər. “Regional Su Meliorasiya” meliorasiya və irriqasiya […]
Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub
Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub.Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib. Qanuna əsasən, 2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilmiş Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyası təsdiq edilib.
Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb. Fərmanla aşağıdakı publik hüquqi şəxslər yenidən təşkil edilir: – “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə; – “Beynəlxalq […]
Vaşinqton və Tehran savaşla saziş astanasında – iki həftəliyə təxirə salınan müharibə – ŞƏRH
ABŞ İrana möhlət verib. Prezident Donald Tramp “Sülh Şurası”nın ilk iclasında bildirib ki, dünya yaxın 10 gündə İranla bağlı baş verənlərdən xəbər tutacaq. O əlavə edib ki, Tehran nüvə məsələsində sövdələşməyə razılıq verməzsə, çox pis hadisələr olacaq.Belə qeyri-müəyyənlik qlobal miqyasda bir sıra baxımdan narahatlıq yaradıb. Çünki İranla region dövlətləri arasında […]
Yaz Azərbaycana bu tarixdə daxil olacaq
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək. Bu barədə BDU-nun Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, […]
“mygov”la bağlı təqdim edilən videoçarx izlənmə rekordu qırdı
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan “mygov” platformasının yeni videoçarxı sosial şəbəkələrdə qısa müddətdə böyük maraqla qarşılanıb. Videoçarx cəmi üç gün ərzində 4 milyondan çox baxış toplayaraq izlənmə rekordu qırıb. “mygov ilə sənədlərim hər zaman üstümdədir” yeni çarxın əsas mesajıdır. Videoçarxda vətəndaşların gündəlik həyatında qarşılaşdıqları müxtəlif situasiyalar fonunda […]