Bakının bəzi ərazilərində qaz olmayacaq

Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsi, M.Mehdizadə küçəsi, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “30-cu sahə” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 19-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani […]

Ermənistanın Baş naziri: Yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib. Bu barədə “Report” Ermənistan liderinin xalqa müraciətinin canlı yayımına istinadən xəbər verir. “Mən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm və xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin. Amma siz inqilab […]

Kamran Əliyev Gəncəyə hərbi prokuror TƏYİN ETDİ – FOTO

Gəncəyə yeni hərbi prokuror təyin edilib. Bu barədə Baş prokuror Kamran Əliyev Əmr imzalayıb. Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədovun təqdimatına əsasən, ədliyyə polkovniki Vəliyev Emin Səftər oğlu Gəncə hərbi prokuroru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Respublika Hərbi prokurorurluğunun yeni rəhbərliyi ilə hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr […]

İlham Əliyev İsrailin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunan səfiri Ronen Krauszun etimadnaməsini qəbul edib.Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib və dostluq münasibətlərimizin bir çox istiqamətlər […]

Əliyar Ağayev Konfrans Liqasının oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb. Ağayev Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin “Polessye” və “Fiorentina” klubları arasında keçiriləcək ilk oyununun baş hakimi olacaq. Ona laynsmenlər Zeynal Zeynalov və Akif Əmirəli, həmçinin dördüncü hakim Kamal Umudlu köməklik edəcək. Görüş avqustun 21-də Slovakiyanın Preşon şəhərində keçiriləcək. Matça Bakı vaxtı […]

Sabah Bakıda 35 dərəcə isti olacaq

Avqustun 19-na gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı […]

Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krım körpüsündə partlayışın qarşısını alıblar. Bu barədə Rusiya FTX məlumat yayıb. Məlumata görə, partlayıcı qurğu “Chevrolet Volt” markalı avtomobildə gizlədilib, avtomobil Ukraynadan Rusiyaya tranzit yolu ilə gətirilib. Avtomobilin Rusiya-Gürcüstan sərhədininjn “Yuxarı Lars” buraxılış məntəqəsindən keçdiyi deyilir. Qeyd edilib ki, Kuban vilayətində maşın Krıma aparılmaq üçün […]

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın […]

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda 549 körpə ölü doğulub. Bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib. Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 319 döl təşkil edib. Bundan başqa, həmin müddətdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. […]

Azərbaycan çempionatları tarixində çalışmış əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb

Futbol üzrə Azərbaycan çempionatları tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Bu, Misli Premyer Liqasının I turunda reallaşıb. Tur iki legioner baş məşqçinin debütü ilə əlamətdar olub. Portuqaliyalı Xorxe Kaskilya “İmişli”nin, serbiyalı Saşa İliç “Sumqayıt”ın “sükanı arxasında” ilk çempionat matçına çıxıb. Portuqaliyalının […]