Bəhreyndə İran xeyrinə casusluqda şübhəli bilinən dörd nəfər həbs olunub.Bu barədə ölkənin daxili işlər nazirliyindən bildiriblər. Məlumata əsasən, Cinayət Təhqiqatı və Kriminalistika Baş İdarəsi dörd Bəhreyn vətəndaşını saxlayıb və hazırda xaricdə gizlənən beşinci şübhəlinin şəxsiyyətini müəyyən edib. Onların hamısı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıqda şübhəli bilinir. Qurumda qeyd […]
Daxili Qoşunların yaranmasından 34 il ötür
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının martın 12-də yaranmasından 34 il ötür. 1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən […]
Aİ Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri başa çatıb
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb. Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və […]
Paşinyan: Cənubi Qafqaz ölkələri öz təhlükəsizliklərinin qeydinə özləri qalmalıdır
Əgər Cənubi Qafqaz dövlətləri öz təhlükəsizliklərinin qeydinə özləri qalmasalar, yeni geosiyasi sarsıntılar onlara rəhm etməyəcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, azı son 100 il ərzində Ermənistan və Azərbaycan bir-biri ilə qarşılıqlı əlaqədə olub. Bir əsr sonra region yenə də […]
Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək
Martın 23-24-də Daşkənddə beynəlxalq İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək. “Report” bu barədə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. “Özbəkistan və İtaliyanın kənd təsərrüfatı nazirliklərinin təşəbbüsü ilə martın 23-24-də Daşkənddə İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə “Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma” mövzusunda beynəlxalq aqrobiznes […]
Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və oradan əldə ediləcək məlumatların dairəsi təsdiqlənib
“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi” təsdiq edilib. YBaş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərara əsasən, Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı […]
İlham Əliyev: Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır
Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. İlham Əliyev vurğulayıb ki, Ermənistanla sülh əbədi olaraq bağlanıb: “Biz 7 ay ərzində xüsusilə ticarətdə nəhəng potensial gördük. Biz sülhə yalnız kağız […]
Rəqəmsal “yaddaş aclığı”: Mümkün ssenarilər və Azərbaycana təsiri – TƏHLİL
Texnologiyalar gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilərək iş proseslərimizi köklü şəkildə dəyişib. Əvvəllər manual qaydada həyata keçirilməsi saatlar, bəzən isə günlərlə vaxt tələb edən məlumat analizini bu gün mürəkkəb proqram vasitələri ilə saniyələr içərisində reallaşdırmaq mümkündür. Məlumatların analizi prosesində əsas komponentlərdən biri operativ yaddaşdır (RAM). Sərt disklərdən (HDD/SSD) fərqli olaraq, […]
Ölkə üzrə pensiyalar tam ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, martın 6-da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar […]
Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edib
Baş prokuror Kamran Əliyev martın 11-də Bakı şəhəri Sabunçu rayon prokurorluğunun inzibati binasında Sabunçu rayonundan olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak edən 20 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları […]