İlham Əliyev: Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır

Oxunma vaxtı:21 Saniyə

Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

İlham Əliyev vurğulayıb ki, Ermənistanla sülh əbədi olaraq bağlanıb:

“Biz 7 ay ərzində xüsusilə ticarətdə nəhəng potensial gördük. Biz sülhə yalnız kağız üzərində nail olmadıq, o realdır. Bəzən sülh sadəcə kağız üzərində qalır. Lakin bizim vəziyyətimiz fərqlidir, fəal irəliləyiş var”.

Loading

Next Post

Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və oradan əldə ediləcək məlumatların dairəsi təsdiqlənib

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi” təsdiq edilib. YBaş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərara əsasən, Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı […]