Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində – “Vorovski” ərazisində suyun verilməsində fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Məlumata görə, buna səbəb su xəttində baş verən qəzanın aradan qaldırılması işləridir. Saat 19:00-dan sonra su təchizatı […]
Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. 2025-ci il yanvarın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0479 manat təşkil edib. Rusiyanın 100 rublu 1,6559 manata kimi, avro isə 1,7488 manatadək ucuzlaşıb.
Bu yollarda tıxac var – Siyahı
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində problem yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, İzmir […]
Zelenski: Ukrayna və ABŞ inauqurasiyadan sonra Trampla görüş üzərində işləyir
Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir. Bunu Zelenski Varşavada Polşanın baş naziri Donald Tuskla keçirdiyi brifinqdə deyib. “Komandalarımız artıq gələcək görüşün məzmunu və formatı üzərində işləyir. Orada əsas məsələləri müzakirə edəcəyik”, – o bildirib. Zelenskinin sözlərinə görə, Ukrayna üçün […]
İsrail Baş nazirinin ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib – YENİLƏNİB
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib. Bu barədə Baş nazirin ofisi məlumat yayıb. “Məlumatların əksinə olaraq, HAMAS hələ də razılaşmaya öz cavabını verməyib”, – Baş nazirin ofisi qeyd edib *** HAMAS Qəzzada atəşkəs və girovların qaytarılması bağlı razılaşmaya “yaşıl işıq” yandırıb. […]
Bakının 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq
Sabah Bakının Binəqədi rayonunun 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sulutəpə, Xocəsən və […]
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin vəzifələri və hüquqları açıqlanıb
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) 54 vəzifəsi və 14 hüququ olacaq. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi qurumun Nizamnaməsində öz əksini tapıb. Sənədə əsasən, AZCON-un vəzifələri aşağıdakılardır: – müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; – dövlət müəssisələrinin səhmlərini […]
Sabah Ağdaşın bir hissəsində qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Şəmsabad” qazpayıcı stansiyasında mövcud qaz tənzimləyici qurğunun baypas xətti üzərində yeni tənzimləyici qurğunun quraşdırılması ilə bağlı yanvarın 16-da saat 10:00-dan etibarən işlər […]
Ağ Şəhərdə partlayış baş vermiş mənzildə çıxan yanğın söndürülüb – YENİLƏNİB
Bakının Xətai rayonunda, Ağ Şəhər ərazisində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. *** Bakıda mənzildə partlayış baş verib. Bu barəd Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində […]
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 1 milyard 539 milyon 514 min 500 manat olub. Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, bu, 2023-cü illə müqayisədə 3,1 % çoxdur. Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,5 % […]