Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X”dəki paylaşımında bildirib. Onun sözlərinə görə, Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdə Gürcüstan-Azərbaycan ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub: “Əli Əsədovla məhsuldar görüş keçirdim, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da […]
Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub
Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb. Bu barədə Gürcüstan Hökumət Aparatının mətbuat xidməti məlumat yayıb. Ə.Əsədov gürcü həmkarını oktyabrın 26-da parlament seçkilərində hakim komandanın qələbəsi və baş nazir vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, seçkilərin nəticələrinin gürcü xalqının iradəsini bir daha nümayiş etdirdiyini vurğulayıb. Tərəflər […]
İmran Xan yenidən həbs edildi – 14 il
Pakistanın keçmiş Baş naziri İmran Xan korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib. Bu barədə yerli media məlumat yayıb. Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan və onun həyat yoldaşı Buşra Bibini müvafiq olaraq 14 və 7 il müddətinə azadlıqdan məhrum edib.
Məktəblərdə 9 gün dərs olmayacaq – Tarixlər
Orta ümumtəhsil müəssisələrində ardıcıl 9 gün dərs olmayacaq.Rəsmi qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. 25-26 yanvar və 1-2 fevral şənbə və bazar günlərinə təsadüf etdiyindən, məktəblilər üçün ümumi istirahət müddəti 9 gün davam edəcək. Beləliklə, tətil 25 yanvarda başlayacaq və 2 fevralda başa çatacaq. 3 fevraldan ikinci yarımilin dərsləri […]
Saat 10:00-da işıq kəsiləcək – Bu ərazilərdə
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) Binəqədi kənd ərazsində yenidənqurma və təmir işləri ilə əlaqədar yanvarın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumata görə, 110/35/6 kV-luq ETK yarımstansiyadan qidalanan 6 kV-luq Binəqədi 1, Binəqədi 2 hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə […]
“Qarabağ” ilin ilk çempionat oyununda bu gün “Şamaxı” ilə üz-üzə gələcək
Bu gün futbol üzrə Misli Premyer Liqasında 2025-ci ilin ilk oyunu keçiriləcək. XIX turun açılış matçında “Qarabağ” “Şamaxı” ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi 18 turdan sonra 47 xalla liderdir. Şamaxı klubu 17 xalla 7-ci pillədə qərarlaşıb. Misli Premyer Liqası […]
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metro […]
Azərbaycanla Ermənistan sərhədin Gürcüstandan başlayaraq İranadək delimitasiyası barədə razılığa gəlib
Azərbaycan və Ermənistan arasında yanvarın 16-da sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib. […]
XİN başçısı: Azərbaycan və Gürcüstan nail olduqları uğurlardan arxayınlaşa bilməz
Azərbaycan və Gürcüstan nail olduğu uğurlardan arxayınlaşa bilməz. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib. “Azərbaycan-Gürcüstan əməkdaşlığı artıq özünü sübut edib. İki ölkənin iştirakı ilə qlobal layihələrə imza atılıb. Bu gün də, gələcəkdə də biz onların faydasını […]
Ceyhun Bayramov: “Yaşıl enerji” dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var
Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın birgə həyata keçirdiyi “yaşıl enerji” dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var. Bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib. XİN başçısı vurğulayıb ki, daha geniş coğrafiyanın geoiqtisadi və enerji coğrafiyasının dəyişməsində Azərbaycan və Gürcüstan böyük […]