Ukraynanın Baş naziri istefa verib

Ukraynanın Baş naziri Denis Şmıqal bu gün istefa verib. Bu barədə Ukrayna KİV-i məlumat yayıb. “Cəbhəni qoruyan və Ukraynanı mühafizə edən müdafiəçilərimizə təşəkkür edirəm! Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimadına görə minnətdaram!”, – D.Şmıqal qeyd edib. Daha əvvəl D.Şmıqala müdafiə naziri vəzifəsinin təklif edilə biləcəyi barədə məlumat verilmişdi. Ukrayna Prezidenti V.Zelenski […]

Xırdalanda işıq kəsiləcək

Bu gün Abşeron rayonunun Xırdalan şəhərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “AzərEnerji” ASC məlumat yayıb Məlumata əsasən, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisindəki 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında yeni quraşdıran 25 mVA gücündə transformator bu gün elektrik şəbəkəsinə qoşulacaq. Bununla əlaqədar […]

Sabirabadın 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, diametri 315 mm olan PE “Nərimankənd-Ulacalı” orta təzyiqli yeraltı qaz kəmərində və ondan ayrılan qollarda kiplik sınaqları aparılacaq. Bununla bağlı sabah saat 10:00-dan etibarən sınaq işləri […]

Bəzi rayonlara leysan yağacaq – XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 16-19-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.

Mingəçevir və Zaqatalaya yeni prokurorlar təyin edilib

Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib. Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq […]

Musiqi məktəblərinə qəbul imtahanlarının nəticələri elan olunub

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər. İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində “MyCulture” vahid […]

İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Məktubda deyilir: “Əziz Qardaşım, Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm. […]

XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “15 iyul 2016-cı il – qardaş Türkiyə xalqının dövlətçiliyini və milli iradəsini qətiyyətlə qoruduğu şanlı bir tarixdir. Bu gündə dövlət çevrilişi cəhdinin qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin […]

Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür

Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günüdür. Doqquz il bundan əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin […]

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 ABŞ dolları, yaxud 2,02 % azalaraq 74,06 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,46 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]