İslam dini tərəqqi və rifah yönündə hər hansı yeniliyin, o cümlədən süni intellektin də əleyhinə deyil. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə qurumun Qazılar Şurasının iclasında deyib. O xatırladıb ki, Prezident İlham Əliyev bu yaxınlarda qeyd olunan aktual məsələyə dair xüsusi müşavirə keçirib, dövlət qurumlarına müvafiq tapşırıqlar […]
Sabah 24 dərəcə isti olacaq – PROQNOZ
Azərbaycanda fevralın 18-də havanın temperaturunun 24 dərəcəyədək artacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]
Vardanyana hökm oxundu – 20 il – Yenilənib
Bu gün Bakı Hərbi Məhkəməsində Ruben Vardanyan barəsində cinayət işi üzrə açıq məhkəmə iclası keçiriləcək. Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyana hökm oxunacaq. Qeyd edək ki, fevralın 10-da keçirilən məhkəmə […]
Ramazan ayının təqvimi açıqlanıb – CƏDVƏL
Ramazan ayının təqvimi açıqlanıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Qeyd edək ki, Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də olacaq.
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.Bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 […]
Türkiyədə narkotiklə bağlı istintaq çərçivəsində daha bir neçə məşhur saxlanılıb
Türkiyədə narkotiklə bağlı istintaq çərçivəsində daha bir qrup məşhur şəxs saxlanılıb. Bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, bu çərçivədə müğənnilər Murat Dalkılıç və Kaan Tangözlə aktyor İsmail Hacıoğlu da daxil olmaqla ümumilikdə 17 şübhəli saxlanılıb.
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,79 ABŞ dolları və ya 1,13 % artaraq 70,36 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 71,24 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
UEFA Çempionlar Liqasının pley-off mərhələsi başlayır, “Qalatasaray” “Yuventus”la üz-üzə gələcək
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün start veriləcək.İlk oyun günündə dörd qarşılaşma keçiriləcək. Türkiyə təmsilçisi “Qalatasaray” İtaliyanın “Yuventus” klubunu qəbul edəcək. Qarşılaşma saat 21:45-də start götürəcək. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, ilk oyunlar 17 fevral 21:45. “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) 00:00. “Benfika” (Portuqaliya) – “Real” (İspaniya) 00:00. “Borussiya” […]
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 120 ailə – 419 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına […]
Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib, Rauf Məmmədov mübarizəni dayandırıb
Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşib. Tay-brek görüşlərində sensasiya qeydə alınıb. Azərbaycan çempionatının ötənilki qalibi Rauf Məmmədov gənc şahmatçı Read Səmədova uduzaraq yarışla vidalaşıb. Məhəmməd Muradlı favoritlərdən sayılan Eltac Səfərliyə qalib gələrək adını yarımfinala yazdırıb. Daha bir favorit Nicat Abasov isə Aydın Süleymanlıya məğlub olaraq çempionatı tərk edib. Qadınların […]