Allahşükür Paşazadə: Dindarlar da süni intellektin imkanlarından istifadə etməlidirlər

Oxunma vaxtı:56 Saniyə

İslam dini tərəqqi və rifah yönündə hər hansı yeniliyin, o cümlədən süni intellektin də əleyhinə deyil.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə qurumun Qazılar Şurasının iclasında deyib.

O xatırladıb ki, Prezident İlham Əliyev bu yaxınlarda qeyd olunan aktual məsələyə dair xüsusi müşavirə keçirib, dövlət qurumlarına müvafiq tapşırıqlar verdi:

“Cəmiyyətimizi maraqlandıran bu mövzu zəmanəmizin yeni reallığıdır və din xadimləri cəmiyyəti, dindarları bu istiqamətdə maarifləndirmə işində kənarda qalmamalıdırlar. İslam elm və maarifi təşviq edən mütərəqqi dindir. Biz, din xadimləri, dindarlar da süni intellektin imkanlarından istifadə etməliyik və bu, dini baxımdan caizdir. Süni intellektdən, rəqəmsal texnologiyalardan istifadə etməyin faydaları dindarlara çatdırılmalı, onun yardımından gündəlik həyatda yararlanmanın yolları aşılanmalıdır”.

A.Paşazadənin fikrincə, İslami dəyərlərin süni intellektə inteqrasiyası zamanı Allahla bəndəsi arasında olan ibadət azadlığına xələl gəlməməlidir:

“Ən əsası, İslami dəyərlərin məğzi dəyişdirilməməlidir. Namaz, dua və dini ayinləri heç nə əvəz edə bilməz. Biz din xadimləri insanlara bu həqiqəti çatdırmalıyıq ki, süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz. Süni intellektin elm, təhsil, texnika, tibb, xidmət, istehsal və sair sahələrdə olduqca böyük imkanları var və bəşər övladı bu imkanlardan yararlanmaqdadır və bu caizdir”.

Loading

Next Post

Bakıdakı yanğın məhdudlaşdırıldı: xəsarət alan var - YENİLƏNİB

Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasındakı yanğın məhdudlaşdırılıb. Bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər tüstülü zonadan təxliyə edib. FHN rəsmisi bildirib ki, bina taxta konstrukdiyadan ibarət olduğu […]