Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edib. Bu barədə “Təsnim” informasiya agentliyi məlumat yayıb. Qeyd edilib ki, səfər çərçivəsində A.Qriqoryan bu ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb. Görüş zamanı tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Azərbaycan nefti yenidən bahalaşıb
Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 67,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,43 ABŞ dolları və ya 0,63 % artaraq 68,24 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət […]
Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq
Bu gün Misli Premyer Liqasının III turunda daha iki qarşılaşma baş tutacaq. Əvvəlcə “Zirə” evdə “Kəpəz”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və Kamranbəy Rəhimovun idarə edəcəyi matça saat 18:00-da start veriləcək. Günün sonuncu görüşü “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” və “Qəbələ” arasında baş tutacaq. Elçin Məsiyevin idarəçilik edəcəyi […]
Qazaxda açıq ərazidə yanğın – VİDEO
Qazax şəhərində açıq ərazidə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb “112” qaynar telefon xəttinə şəhərin Nəriman Nərimanov qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə […]
MİQ üzrə müsahibə mərhələsinin nəticələri elan olunub
Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzi məlumat yayıb. Müsahibələrdə uğur qazanan namizədlər 3 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və […]
“Türkiyə İsraillə ticarət əlaqələrini tamamilə kəsib”
Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Qəzza ilə bağlı xüsusi iclas keçirilib. İclasda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə və İsrail arasında əlaqələrin hazırkı vəziyyətindən danışıb. O, ölkəsinin İsraillə ticarət əlaqələrini kəsdiyini vurğulayıb: “İsraillə ticarətimizi tamamilə kəsmişik. Türkiyə gəmilərinin İsrail limanlarına getməsinə, İsrail təyyarələrinin isə hava […]
İlham Əliyevdən “Qarabağ”la bağlı – Sərəncam
“Qarabağ” futbol klubuna 5 milyon manat maliyyə dəstəyi ayrılıb.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti […]
Prezident icra başçısına şiddətli töhmət verdi
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət elan edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, Orxan Hüseynzadə 2024-cü ilin noyabrında Ağdaşa icra başçısı təyin edilib.
BQXK-nın Bakıdakı ofisi gələn həftə BAĞLANIR
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 3-ü Bakıdakı ofisini bağlayacaq. Bu barədə BQXK-nın Ermənistandakı nümayəndəliyinin rəhbəri Dafne Mare məlumat verib. Marenin sözlərinə görə, bununla belə, Azərbaycan rəhbərliyi ilə iş davam etdiriləcək və bu istiqamətdə müzakirələr davam edir. O xatırladıb ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətnində itkin düşənlərin taleyinin araşdırılması […]
Kreml: Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etmir
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşünün hazırlanması üzrə ekspert səviyyəsində iş hələ tam sürətlə həyata keçirilmir, lakin Moskva belə danışıqlara marağını və hazırlığını qoruyub saxlayır. Bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Putin belə bir görüşün keçirilməsi mümkünlüyünü istisna etmir, lakin hesab edir ki, ali […]