Ərdoğan: Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 49 min 56 iş və yaşayış yeri inşa olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi” barədə paylaşım edib. Prezident “X” sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib. Onun sözlərinə görə, məhəllədə 49 min 56 iş və yaşayış yeri inşa olunub. Ərdoğan qeyd edib […]

Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb

Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb. Toplantıda Azərbaycanla yanaşı, Türkiyə, Qırğız Respublikası, Özbəkistan, Qazaxıstan, eləcə də Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Ali Məhkəmələrinin sədrləri iştirak edirlər. İclasda bir sıra çıxışlar olacaq və Məhkəmə Şuraları Sədrləri tərəfindən bəyannamə imzalanacaq.

I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhid hərbçi Ələsgərov Fuad Cəfər oğludur. Onun nəşinin qalıqları sabah saat 15.00-da Tovuz rayonu Ağbaşlar kənd qəbiristanlığında dəfn olunacaq.

“Brent” nefti ucuzlaşıb, WTI isə cüzi bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0,13% azalıb 1 barelə görə 76,6 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,07% artaraq 73,55 ABŞ dollarına […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti […]

KİV: ABŞ İranın Fordodakı nüvə obyektinə zərbələr endirə bilər

ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşulsa, İranın Fordodakı uranın yeraltı zənginləşdirilməsi obyektinə bir yox, bir neçə dəfə zərbə endirə bilər. Bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranın Fordo nüvə obyektini sıradan çıxarmaq fikrilə razılaşıb. Qeyd olunur ki, Vaşinqton hələ də […]

Yenidən prokuror təyin olundular

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib. Müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Emil Abdullayev əvvəllər Sədərək Rayon Prokurorluğunda müstəntiq, Naxçıvan MR İstintaq şöbəsinin prokuror-kriminalisti və Naxçıvan MR prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrində işləyib. Baş prokurorun digər […]

Sabah Azərbaycanın 3 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Hacıqabul, Ağsu və Neftçala rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədəAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, diametri 250 mm PE “Qarasu-Padar” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar mayın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək […]